Mstislav Leopoldoviç Rostropoviç (1927 -2007)

Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violenç ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violençin incəliklərini öyrənir.

1943-1948-ci illərdə Rostropoviç Moskva konservatoriyasında təhsil alır və sonralar, daha dəqiq desək 1956-cı ildə bu konservatoriyanın violenç ifaçılığı şöbəsində professor təyin edilir. Rostropoviç Moskva konservatoriyasına cəmi 16 yaşında qəbul olur və burada piano və violenç ifaçılığı ilə yanaşı dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnir. Müəllimləri arasında isə Dmitri Şostakoviç və Sergey Prokofiyev kimi sovet-rus musiqisinin nəhənglərini misal göstərmək olar. Rostropoviç 1945-ci ildə Sovetlər Birliyində ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülməklə istedadlı violenç kimi nəzər-diqqətləri cəlb edir.

Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violençel ifaçılarından biri sayılır. O, bir neçə ali mükafatlara, o cümlədən Böyük Britaniya İmperiyasının 2-ci dərəcəli Cəngavər Ordeninə layiq görülmüşdür.