Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

2 il əvvəlki ABŞ məxfi teleqramı: “Uhanda yarasa koronaviruslarının tədqiqatı aparılır...”

2 il əvvəlki ABŞ məxfi teleqramı: “Uhanda yarasa koronaviruslarının tədqiqatı aparılır...”

“The Washington Post” qəzeti 2018-ci ilin yanvarında ABŞ-ın Pekindəki səfirliyinin bir qrup amerikalı elmi əməkdaşın Uhan Virusologiya İnstitutuna göndərdiyini yazır. Belə ki, həmin institut 2015-ci ildə Çində ən yüksək bioloji təhlükəsizlik səviyyəsinə malik olan ilk labaratoriya olmuşdu.

“Amerikalı diplomatların bu səfər zamanı gördükləri onları o dərəcədə narahat edib ki, Vaşinqtona iki məxfi diplomatik teleqram göndəriblər”,-qəzet yazır.

“The Washington Post” bu məxfi diplomatik teleqramlardan birini əldə edib. Orada deyilir ki, labaratoriyada təhlükəsizlik problemləri var və personal kifayət qədər ixtisaslı deyil. Habelə teleqramda göstərilir ki, Uhan Virusologiya İnstitutu yarasaların koronavirusu üzərində tədqiqat aparır və bu virusun insana keçməsi potensialı narahatlıq yaradır.

Qəzet onu da qeyd edir ki, COVİD-19 virusunun süni olduğuna dair heç bir birbaşa dəlil yoxdur və koronavirusun insana yarasalardan keçməsi əsas versiyadır.

Lakin Berklidəki  Kaliforniya Universiteti yanında informasiya Məktəbinin elmi əməkdaşı  Syao Tszyan hesab edir ki, virus potensial olaraq məhz Çindəki həmin labaratoriyada hazırlana bilərdi. “Diplomatik teleqramda deyilir ki, həmin labaratoriyada aparılan tədqiqatlar üzündən ictimai sağlamlıq üçün mümkün təhlükəni yaranması barədə narahatlıq çoxdan mövcuddur, çünki labaratoriya kifayət qədər mühafizə olunmur və tədqiqatlar lazımı şəkildə aparılmır”,-qəzet bildirir.

Bildirilir ki, diplomatik teleqramlarda virusun süni mənşəli olması barədə birbaşa sübut olmasa da bu sənədlər hazırda ABŞ hökuməti daxilində ciddi diskussiyalara səbəb olub. Xatırladaq ki, bundan əvvəl ABŞ Senatı koronavirusun yayılması səbəblərini araşdırmaq üçün xüsusi təhqiqat başladıb. Təhqiqat Ümumdünya Səhiyyə Təşkilatının virusun yayılması təhlükəsi ilə bağlı niyə vaxtında xəbərdarlıq etmədiyini də əhatə edəcək.

Prezident Donald Tramp artıq təşkilatın maliyyələşdirilməsini dayandırdığını açıqlayıb. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı virusa qarşı vaxtında və effektiv hərəkət etməyib.

Bundan əvvəl “The Washingon Times” qəzeti də virusun Uhan labaratoriyasından ətrafa sıza biləcəyinə dair araşdırma dərc etmişdi və həmin labaratoriyada yarasaların koronavirusu üzərində tədqiqat aparan çinli alimin kimliyini də göstərmişdi. Bax: https://virtualaz.org/aktual/159489

Virtualaz.org

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık